Şimali Koreyanın nüvə silahı üçün YENİ TƏKLİFİ

Şimali Koreyanın nüvə silahı üçün YENİ TƏKLİFİ
11:53 13 Dekabr 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ və Çin Koreya Xalq Demokratik Respublikasının nüvə silahının təhlükəsizliyinin təminatını müzakirə edir”.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bildirib.

“Bizim üçün ən mühüm məsələ Şimali Koreyanın artıq hazırladığı nüvə silahının təhlükəsizliyini təmin etməkdir. Şimali Koreyada hər hansı qeyri-sabitlik olacağı halda, nüvə silahı başqalarının əlinə keçməməlidir. Çin və ABŞ hazırda bu məsələni müzakirə edir”, - Tillerson deyib.

Diplomat qeyd edib ki, Koreya Xalq Demokratik Respublikasının nüvə silahından çıxan təhlükə çox böyükdür.

Dövlət katibi həmçinin ilk dəfə bildirib ki, ABŞ ilkin şərtlərsiz Pxenyanla birbaşa danışıqlara hazırdır. Tillerson ümid edir ki, Koreya Xalq Demokratik Respublikasının nümayəndələri ilə görüş münaqişənin həlli üzrə “yol xəritəsi”nin üzərində işə başlamağa kömək edəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR