Məşhur qapıçı Azərbaycan millisinə gətirildi

Məşhur qapıçı Azərbaycan millisinə gətirildi
11:58 13 Dekabr 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisində daha bir təyinat rəsmiləşib.

Publika.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın sabiq qolkiperi Dmitri Kramarenkoya Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi, həmçinin bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərin kordinatoru vəzifəsi həvalə olunub.

Xatırladaq ki, Kramarenko məşqçi kimi daha öncə “Qəbələ” və “Neftçi”də də çalışıb. Onun son iş yeri Moskva ÇSKA-sı olub. Sabiq qolkiper Moskva klubunun akademiyasında fəaliyyət göstərib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR