Əcnəbilər orqan orqan transplantasiyası üçün Azərbaycana müraciət edir

Əcnəbilər orqan orqan transplantasiyası üçün Azərbaycana müraciət edir
12:03 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

"Bir sıra xarici ölkələrdən orqan transplantasiyası üçün bizə müraciət edirlər".

Publika.az xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər Gürcüstandan 9 nəfər qaraciyər və böyrək köçürülməsi üçün müraciət edib:

“Rusiyada yaşayan bir nəfər də orqan köçürülməsi üçün müraciət ünvanlayıb. Bunun səsbəbi bizdə əməliyyatın 40-50 faiz daha ucuz olmasıdır”.

M.Kazımi deyib ki, böyrək xərçəngi əməliyyatından iki il sonra xəstəyə qaraciyər köçürülməsini həyata keçirmişik: “Hətta qaraciyər şişlərində də orqan köçürülməsi mümkündür”.

Uşaqlarda qaraciyər transplantasiyasına ehtiyac olmasının səbəblərinə gəldikdə, M.Kazımi bildirib ki, bu anadangəlmə, genetik, həmçinin toksiki zəhərlənmə ilə əlaqədar ola bilər: “Digər səbəblər aydındır. Toksiki zəhərlənmələr əsasən, göbələk mövsümi zamanı müşahidə edilir. Bu qidadan zəhərlənmə zamanı qaraciyər köçürülməsinə təcili ehtiyac duyulur”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/224131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR