“Neft Daşları”ndakı qanlı cinayətlə bağlı RƏSMİ MƏLUMAT

“Neft Daşları”ndakı qanlı cinayətlə bağlı RƏSMİ MƏLUMAT
12:29 13 Dekabr 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

 

Daxili İşlər Nazirliyi dekabrın 12-də “Neft Daşları” platformasında yerləşən yataqxanada törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yataqxananın otaqlarının birindən Lənkəran rayon sakini Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.

 

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov saxlanılıb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR