Türkiyə prezidenti müsəlmanları Qüdsə gedib müqəddəs yerləri ziyarət etməyə çağırıb

Türkiyə prezidenti müsəlmanları Qüdsə gedib müqəddəs yerləri ziyarət etməyə çağırıb
13:02 13 Dekabr 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ “İndiki vəziyyətdə müsəlmanların əsas vəzifəsi Qüdsü müdafiə etməkdir”. 
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə zirvə toplantısının açılışında bildirib. 
O, Roma Papasına və Qüds qərarını qəbul etməyən musəvilərə təşəkkür edib: "Mən hamını Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı olaraq tanımağa dəvət edirəm".
R.T.Ərdoğan deyib ki, ABŞ-ın Qüds qərarına qarşı çıxan fələstinliləri dəstəkləyirlər: "I dünya savaşında Qüdsü müdafiə edən bütün hərbçilərimiz rəhmətlə anırıq.

Osmanlıların əl-Xəlil qapısını tikdirməsi mədəniyyətimizin ən bariz nümunəsidir. Bütün müsəlmanları Qüdsə gedib, Hərami-Şərifi ziyarət etməyə çağırıram. Fələstinin dövlət müstəqilliyinin tanımayan dövlətləri bu addımı atmağa dəvət edirəm".






Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkiye-prezidenti-muselmanlari-qudse-gedib-muqeddes-yerleri-ziyaret-etmeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR