Bakımız nə günə düşdü (VİDEO)

Bakımız nə günə düşdü (VİDEO)
23:16 9 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda da qarın və şaxtanın qısamüddətli olsa da problemsiz ötüşmədi. Yerin ağarması ilə avtomobillərin hərəkətində problemlər yarandı, məktəblərdə davamiyyət aşağı düşdü. Çətinlik günün birinci yarısına qədər davam etdi. Səhər saatından günəşin parlaması ilə vəziyyət də yumşaldı.

ANS TV-nin məlumatına görə, soyuq hava kütlələri ötən gündən bəri Azərbaycanı da əhatəsinə aldı. Paytaxt Bakıya yağan qarın miqdarı qonşu ölkələrə nisbətən az olsa da, fəsadları az qala eyni idi.

Son bir neçə gündür temperaturun kəskin aşağı düşəcəyi və qar yağacağı ilə bağlı verilən proqnozlar yollarda qəzaların qarşısını ala bilmədi. Gecə baş verən qəzalarda xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəydi.

Qarlı gecədən qəzasız çıxanlar isə tıxac bəlasına tuş gəlib. Heydər Əliyev prospektindən başlayan sıxlıq Bakı-Sumqayıt yolunadək davam edib.

Paytaxtda birinci qarın fəsadlarını minimuma endirmək üçün gecə saatlarından yollara xüsusi texnika vasitəsilə duz və qum tökülüb. Yolların qardan təmizlənməsi işləri səhər saatlarınadək davam edib. Elə buna görə də şəhərin mərkəzi hissələrində və əsas yollarda buzdan əsər-əlamət qalmamışdı.

Amma məhəllədaxili yollarda bu tədbirlərin görülməməsi bir neçə insanın yıxılaraq xəsarət almasına səbəb olub. Ötən gecədən bəri üç nəfər buzda yıxıldığı üçün Təcili Tibbi Yardıma müraciət edib.

Kəskin hava şəraiti məktəblərdə davamiyyətin aşağı düşməsinə yol açıb.

Məktəblərdə şagirdlərin seyrəldiyinin şahidi olsaq da, tədris prosesinin dayanmadığını öyrəndik.

Bu qarlı soyuq havada dərsə gələn uşaqlardan fərqli olaraq böyük avtobuslar dayanacağa yubanıblar.

Ötən gündən bəri yağan qarın fəsadları bu gün də davam edir. Yağan qardan əziyyəti isə ən çox yollarda avtobus gözləyən sərnişinlər çəkib. Belə ki, avtobusların intervalında böyük gecikmələr var. Bəzən onlar saatlarla avtobus gözləmək məcburiyyətində qalırlar.

Gecikən avtobuslar taksi sürücülərinin gəlirlərini artırıb. Qarlı havada onların xidmətindən istifadə edənlərin sayı kimi, xidmət haqqı da çoxalıb.

Görünür sadaladığımız bütün bu fəsadlar uşaqların birinci qar sevincinə mane olmayıb. Bütün dünyada olduğu kimi Bakıda da qarın keyfini ən çox onlar çıxarır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR