Dövlət Xidmətinin qadın zabitlərinə hərbi geyim forması kimi şalvar da veriləcək

Dövlət Xidmətinin qadın zabitlərinə hərbi geyim forması kimi şalvar da veriləcək
13:12 13 Dekabr 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın zabitlərə hərbi geyim forması kimi şalvar da verəcək.
“Report”un xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Belə ki, indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın ali zabitlərə hərbi geyim forması kimi 2 ildənbir bir dəst tünd zeytun rəngli qış kiteli və yubka, kəmərciklərlə təmin edirdi. Dəyişikliklə, qadınlara şalvar da veriləcək.
Qadın zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normasında da dəyişiklik edilib. Eyni məzmunlu dəyişiklik bu bölməyə də aid edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/dovlet-xidmetinin-qadin-zabitlerine-herbi-geyim-formasi-kimi-salvar-da-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR