Həştərxanda yol qəzası olub, 6 nəfər ölüb, 3 nəfər yaralanıb

Həştərxanda yol qəzası olub, 6 nəfər ölüb, 3 nəfər yaralanıb
13:27 13 Dekabr 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli Daxili İşlər Baş İdarəsi bildirib.
Hadisə dekabrın 13-də səhər saatlarında Həştərxan-Mahaçqala federal avtomobil yolunda, İkryanin rayonunun Troitsk kəndi yaxınlığında baş verib. Həştərxan dövlət nömrəli nişanlı “Hyundai Solaris” Kalmık dövlət nömrə nişanlı “Toyota Corolla” ilə toqquşub. Toqquşma nəticəsində ölənlərdən biri südəmər körpədir.
Qəzanın “Toyota Corolla”nın sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/hesterxanda-yol-qezasi-olub-6-nefer-olub-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR