ABŞ gələn il neft hasilatı üzrə S.Ərəbistanını ötəcək

ABŞ gələn il neft hasilatı üzrə S.Ərəbistanını ötəcək
13:32 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Neft qiymətlərində yaşanan yüksəlişin ABŞ neft hasilatını artırması nəticəsində 2018-ci ilin may ayında bu ölkədə hasilatın S.Ərəbistanının analoji göstəricisini keçməsi gözlənilir. "Report" xəbər verir ki, bu proqnozu ABŞ Energetika Nazirliyinin nəzdində müstəqil qurum olan Energetika İnformasiyaları İdarəsi yayıb.
Proqnozlara görə, 2018-ci ilin mayında ABŞ-da neft hasialtı 9,99 mln. barel/günə çatacaq. S.Ərəbistanında isə OPEC+ anlaşması çərçivəsində hasilat təxminən noyabr ayındakkı 9,97 mln. barel/gün səviyyəsində qalacaq.
Xatırladaq ki, ötən həftə ABŞ-da neft hasilatı tarixi rekord səviyyə - 9,707 mln. barel/gün təşkil edib. "Report"un analitik qrupu neft qiymətlərinin 50 dollar/bareldən aşağı düşməməsi durumunda, ABŞ neft hasilatının artırılmasını davam etdirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-gelen-il-neft-hasilati-uzre-s-erebistanini-otecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR