Səudiyyə Ərəbistanı Yəmən paytaxtına havadan zərbə endirib, 39 nəfər ölüb, 80-dən çox yaralı var

Səudiyyə Ərəbistanı Yəmən paytaxtına havadan zərbə endirib, 39 nəfər ölüb, 80-dən çox yaralı var
14:17 13 Dekabr 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husi qiyamçılarının nəzarəti altında olan Səna şəhərinin polis idarəsinə havadan zərbə endirməsi nəticəsində 39 nəfər ölüb. 
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

*** 13:52
Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husi qiyamçılarının nəzarəti altında olan Səna şəhərinin polis idarəsinə havadan zərbə endirməsi nəticəsində onlarla insan ölüb və yaralanıb.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, 80-dən çox yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı polis idarəsinin binasında 180 nəfər olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/seudiyye-erebistani-yemen-paytaxtina-havadan-zerbe-endirib-39-nefer-olub-80-den-cox-yarali-var-yeni-leni-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR