Bakıda 200 min dollar mənimsəmiş şəxs tutuldu

Bakıda 200 min dollar mənimsəmiş şəxs tutuldu
14:24 13 Dekabr 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda axtarışda olan şəxs tutulub. Lent.az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə iş başlanılan 1983-cü il təvəllüdlü İbrahimov Rəşad Vahid oğlu saxlanılıb. O, cinayət işinin istintaqının aparıldığı Bakı şəhər Baş Polis İdarəsinə təhvil verilib.

 

Qeyd edək ki, Rəşad İbrahimovun 200 min dollarlıq dələduzluq etdiyi bildirilir. Belə ki, iş adamı Ruslan Zeynalov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bir neçə il əvvəl Rəşad İbrahimov ondan dəyəri 200 000 ABŞ dolları olan kompüter avadanlığı alıb, lakin pulu  verməyərək dələduzluq edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR