Azərbaycanın ixracında qeyri-neft sektorunun payı kiçilib

Azərbaycanın ixracında qeyri-neft sektorunun payı kiçilib
14:32 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərizndə Azərbaycandan ixracın 1 386 686,07 min dolları və ya 11,1%-i qeyri neft sektorunun payına düşüb.
“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Beləliklə, qeyri-neft ixracının cəmi ixracda xüsusi çəkisində azalma qeydə alınıb. Belə ki, yanvar-oktyabr ayları ərzində qeyri-neft sektorunun cəmi ixracda xüsusi çəkisi 13,5% (1 218 670,37 min dollar) təşkil edib. 
Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzində xarici ticarət dövriyyəsi 20 291 683,43 min dollar, ixrac 12 500 979,9 min dollar, idxal 7 790 703,53 min dollar, müsbət saldo 4 710 276,37 min dollar təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-ixracinda-qeyri-neft-sektorunun-payi-kicilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR