Bitkoin qlobal kriptovalyuta bazarının 58%-nə sahibdir

Bitkoin qlobal kriptovalyuta bazarının 58%-nə sahibdir
14:37 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Qlobal kriptovalyuta bazarında "Bitcoin"in liderliyi davam edir. "Report" xəbər verir ki, hazırda bitkoin kriptovalyuta bazarının məcmu kapitallaşmasının 58,3%-nə sahibdir. Bazarın ümumi kapitallaşması 487,5 mlrd. ABŞ dolları, bitcoinin - 284 mlrd. dollar təşkil edir. Ümumilikdə, hazırda dünyada rəqəmsal kriptovalyutalara aid 7 368 bazar var, bu bazarlarda isə 1 349 növ kriptovalyuta tədavül edir.
Aşağıdakı qrafikdə kapitallaşma göstəricisi üzrə aparıcı 10 kriptovalyuta əks olunub:




Qeyd edək ki, artıq Azərbaycanda "Bitcoin"in "qara bazarı" formalaşıb: geniş yayılmasa da, bitkoin almaq mümkündür. Burada bitkoin cüzdandan cüzdana atılır, daha sonra nağd şəkildə pul bitkoin sahibinə ödənilir. Bu, daha ucuz variant sayılır. Belə ki, Azərbaycandakı bank kartları ilə "Bitcoin" alındıqda 18% vergi tutulur. Lakin qiymətlər yüksəldiyindən bu bazarda bitkoin tapmaq o qədər də asan deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bitkoin-qlobal-kriptovalyuta-bazarinin-58-ne-sahibdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR