Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini artırıb
14:42 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankı bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,25%-ə çatdırıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb kimi Bank ölkədə inflyasiyanın sürətlənməyə başlaması amilini göstərib.
Qeyd edək ki, noyabr ayında Gürcüstanda aylıq inflyasiya 1,1% təşkil edib. Oktyabrda isə inflyasiya 0,8% olub. Nəticədə, illik müqayisədə noybarda inflyasiya 6,9%-ə çatıb. Oktyabrda bu göstərici 6,4%, ötən ilin noyabrında isə 0,2%-ə bərabər olub. Qərardan sonra Gürcüstanda dolların məzənnəsi 1,6% azalaraq 2,62 lariyə geriləyib. Ötən həftə isə dolların məzənnəsi 2,71 lari olub.
Xatırladaq ki, Gürcüstan Mərkəzi Bankının növbəti iclası 2018-ci il yanvarın 31-nə planlaşdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/gurcustan-merkezi-banki-ucot-derecesini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR