Şəkidə 59 yaşlı kişi bıçaqlanıb

Şəkidə 59 yaşlı kişi bıçaqlanıb
23:17 9 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 59 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Oxut kənd sakini, 1956-cı il təvəllüdlü Təmraz Bayram oğlu Kərimov çənənin sol alt nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya müraciət edib.

59 yaşlı Təmraz Kərimovun yarası yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Həkim müayinəsi zamanı Təmraz Kərimov qonşusu İkram adlı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Hadisə ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, Təmraz Kərimovun çənəsini bıçaqlamada şübhəli sayılan İkram Fərman oğlu Rəsulov saxlanılıb. Ikram Rəsulov ilkin ifadəsində qonşusu Təmraz Kərimovla mübahisə edərək dalaşdığını, lakin ona bıçaq vurmadığını bildirib. Məlumatda bildirilir ki, İkram Rəsulov hadisə baş verən zaman içkili vəziyyətdə olub.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR