Fədayə Laçınla bağlı ÜZÜCÜ XƏBƏR

Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Bu barədə vəkil Türkel Süleymanlı deyib.

O bildirib ki, F.Laçın "Hepatit C" xəstəsidir: "Onun təcridxanada qalması səhhətinə pis təsir edir, həbsdə qalması təhlükəlidir. Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik. Fədayə Laçın istintaqa özü gəlib və saxlanılıb. O, nə istintaqdan yayınıb, nə də istintaqa təsir edə bilər".

Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib. //Trend

Tələbələr bu hüquqlarından istifadə edə biləcəklər - 15 il - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR