Ermənistan Türkiyə ilə imzalanmış protokolları ləğv edəcək

Ermənistan Türkiyə ilə imzalanmış protokolları ləğv edəcək
15:44 13 Dekabr 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

"2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq".

 

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu ölkə XİN-nə çıxışında deyib.

 

 

"Əminəm ki, bizim Türkiyə ilə münasibətlərə yanaşmamız sizləri maraqlandırır. Bilirsiniz ki, Ermənistan prezidentinin təşəbbüsü ilə Türkiyə ilə başlanan normallaşma prosesi 2009-cu ilin oktyabrında Sürihdə protokolların imzalanmasına səbəb oldu. Lakin indiyə qədər bu protokollar ratifikasiya olunmayıb, çünki Türkiyə protokolların ruhuna və mətninə zidd əsassız şərtlər irəli sürdü. Bu sənədlər daimi girov kimi qala bilməz, ona görə də Ermənistan prezidenti sentyabrda BMT Baş Assambleyasının tribunasından bildirdi ki, Ermənistan protokolları ləğv edəcək, çünki onların həyata keçirilməsində tərəqqi yoxdur", - deyə E. Nalbandyan söyləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR