Hollandiyalılar məxfiliyə son qoydular - VİDEO - FOTOSESSİYA

Hollandiyalılar məxfiliyə son qoydular - VİDEO - FOTOSESSİYA
23:22 9 Yanvar 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiyalı sportkar istehsalçısı Donkervoort şirkəti adına Bilster Berg əlavə edilən D8 GTO rodsterinin xüsusi versiyasını məxvilikdən çıxarıb. Yeni modeli “kiçik Nürbyurqrinq” adlandırılan eyniadlı trasın şərəfinə belə adlandırıblar.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2014-cü ilin sentyabrında şirkətin sınaqçı pilotu Denis Donkervurt 4,2 kilometrlik treki D8 GTO sportkarında 1 dəqiqə 46,12 saniyəyə başa vurmuşdu. Bu ümumi istifadə yollarında sürülməsinə icazə olan avtomobillər arasında ən yaxşı nəticədir.
 
Donkervoort D8 GTO Bilster Berg ”rekordsmen” ilə analoji xüsusiyyətlər və avadanlıqlar əldə edib. Rodster 380 at güclü 2,5 litrlik turbo mühərrik sayəsində ilk “yüzlüyə” 2,8 saniyədə sürətlənir. Onun maksimal sürəti isə saatda 270 kilometrdir.
 
Hollandiyalılar hər birinin qiyməti 194 min avro olacaq bu maşından cəmi 14 nüsxə buraxacaqlar.
 
Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/318152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR