OPEC noyabrda neft hasilatını 133 min barel/gün azaldıb

OPEC noyabrda neft hasilatını 133 min barel/gün azaldıb
17:37 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ OPEC ölkələrində neft hasilatının həcmi noyabr ayında aylıq müqayisədə 133 min barel və ya 0,4% azalaraq 32,45 mln. barel/günə geriləyib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, noyabr ayında qlobal neft təklifi aylıq müqayisədə 840 min barel/gün və ya 0,87% artaraq 97,44 mln. barel/günə çatıb.
Noyabrda qeyri-OPEC ölkələrinin neft hasilatı 810 min barel/gün və ya 1,42% artaraq 57,82 mln. barel təşkil edib.
OPEC-in neft hasilatını azaltması qlobal bazarda xüsusi çəkisinin 33,3%-ə geriləməsinə səbəb olub. OPEC sıralarında ən çox hasilat (95,8 min barel/gün) Nigeriyada artıb. Anqolada hasilat 108,7 min barel/gun, S.Ərəbistanında 45 min barel/gün azalma göstərib.
OPEC-in proqnozlarına görə, 2018-ci ildə qlobal neft tələbi 1,51 mln. barel/gün artaraq 98,45 mln. barel/gün təşkil edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-noyabrda-neft-hasilatini-133-min-barel-gun-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR