Hesablama Palatası ARDNF-in 2018-ci ilin büdcə layihəsinə rəy verib

Hesablama Palatası ARDNF-in 2018-ci ilin büdcə layihəsinə rəy verib
17:47 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin layihəsi müzakirə edilərək təsdiq olunub.
“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Rəy “Büdcə sistemi haqqında” qanunun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” qanunun 2-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.1-ci bəndinə müvafiq olaraq hazırlanıb. Rəydə 2018-ci ildə Fondun gəlir və xərcləri barədə məlumat verilib.
İclasda həmçinin Hesablama Palatasının Strateji İnkişaf Planının (SİP) layihəsi geniş müzakirə edilərək təsdiq olunub. SİP 2018-2020-cı illəri əhatə etməklə 5 stateji məqsədin reallaşdırılmasına yönəldilib. Ali audit qurumlarının inkişaf üzrə strateji planına malik olması ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI-nin qəbul etdiyi standartın (ISSAI 12) tələbi olduğu diqqətə çatdırılıb, nəzərdə tutulmuş məqsədlərin Hesablama Palatasının hazırladığı rəylərin və hesabatların təkmilləşdirilməsi, yeni audit metodlarının tətbiqi, normativ-hüquqi bazanın genişləndirilməsi, potensialın gücləndirilməsi və maraqlı tərəfdaşlarla, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində formalaşdırıldığı qeyd edilib.
Kollegiya iclasında həmçinin Hesablama Palatasının 2018-ci il üzrə İş Planı təsdiq edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/hesablama-palatasi-ardnf-in-2018-ci-ilin-budce-layihesine-rey-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR