Artur Rasizadənin köməkçilərinin sayı iki dəfə azaldıldı

Artur Rasizadənin köməkçilərinin sayı iki dəfə azaldıldı
17:49 13 Dekabr 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 

Baş nazir Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.

 

Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib.

 

Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR