OPEC: Neft bazarında balans gələn il bərpa olunacaq

OPEC: Neft bazarında balans gələn il bərpa olunacaq
17:57 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2018-ci ildə “qara qızıl” bazarında tələb və təklif arasında balans yaranacağını gözləyir.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilir.
Sənəddə deyilir ki, balansın bərpa olunması OPEC-ə daxil olan və olmayan ölkələrin neft hasilatının azaldılması istiqamətində gördüyü tədbirlər nəticəsində mümkün olacaq.
Qeyd edək ki, OPEC üzvlərinin 2018-ci ildə gündəlik neft hasilatının 33,2 mln. barrel təşkil edəcəyi proqnozlaşdırılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-neft-bazarinda-balans-gelen-il-berpa-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR