Tarix İnstitutunun 2017-ci ildə gördüyü işlər

Tarix İnstitutunun 2017-ci ildə gördüyü işlər
18:43 13 Dekabr 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun 2017-сi ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.

Tarix İnstitutundan Publika.az-a verilən məlumata görə, Elmi Şuranın iclasında institutun illik hesabatı təqdim olunub.

İnstitut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, institutun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.

İclasda bildirilib ki, 2017-ci ildə Tarix İnstitutunda 58 adda yeni kitab, institut əməkdaşlarının isə nüfuzlu elmi jurnallarda 275-dən artıq məqaləsi nəşr olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən bu il İrəvan xanlığının tarixi ilə bağlı broşürlər (Azərbaycan və rus dillərində), ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları ilə bağlı əsərlər, “Real tarix və “Böyük Ermənistan” uydurması” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar çapdan çıxıb.

2017-ci ildə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans, “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı beynəlxalq elmi konfrans və digər tədbirlər keçirilib. Bu il Tarix İnstitutu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüşlərini davam etdirib.

Y.Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti 2017-ci ildə Bolqarıstanda, Polşada və Türkiyədə elmi ezamiyyətdə olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/224184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR