“Nar” abunəçilərinə həftə sonlarında pulsuz danışıq təqdim edib

“Nar” abunəçilərinə həftə sonlarında pulsuz danışıq təqdim edib
18:57 13 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ “Həftəsonu fürsəti” kampaniyası “Nar” abunəçilərinə şənbə və bazar günləri öz aralarında pulsuz danışmaq imkanı yaradır. 
“Nar”dan “Report”a verilən məlumatda deyilir ki, bu kampaniyaya qoşulmaq üçün abunəçi heç bir ödəniş etmir, sadəcə *777#88#YES kodunu yığmaqla kampaniyaya qoşulmaq olar. “Nar” abunəçisi həftə içi günlərində istənilən istiqamətdəki zənglərə ən azı 2 manat sərf etdiyi təqdirdə, “Həftəsonu fürsəti” kampaniyasının təqdim etdiyi bu imkandan yararlana biləcək. Kampaniya iki həftə ərzində davam edəcək və dekabrın 24-ü kampaniyaya son veriləcək.
Kampaniyaya qoşulmuş abunəçi *777#87#YES kodunu yığmaqla həftə ərzində danışıqlara nə qədər məbləğ sərf etdiyini asanlıqla öyrənə bilər. Ədalətli istifadə siyasətinə uyğun olaraq, “Həftəsonu fürsəti” kampaniyası çərçivəsində şənbə və bazar günləri üçün ayrılmış pulsuz danışıq vaxtı üçün ümumilikdə 500 dəqiqə (8 saatdan çox) təqdim olunur.
Qeyd edək ki, telefon 3G texnologiyasını dəstəklədiyi təqdirdə, abunəçi həm də “HD voice” texnologiyasından faydalana bilər. Bir müddət əvvəl “Nar” şəbəkəsində tətbiq olunmağa başlayan “HD voice” texnologiyası mobil zəng zamanı ətraf səs-küyün basdırılması və səsin təmiz ötürülməsini təmin edir.
“Həftəsonu fürsəti” kampaniyası haqqında bütün məlumatı “Nar”.az/heftesonu-furseti səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/nar-abunecilerine-hefte-sonlarinda-pulsuz-danisiq-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR