Külli miqdarda pirotexniki vasitə ələ keçdi

Külli miqdarda pirotexniki vasitə ələ keçdi
21:38 13 Dekabr 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrükçülər ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki və tezalışan malları dövriyyədən çıxarıblar.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Sumqayıt Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sədərək" ticarət mərkəzinin ərazisində əməliyyat tədbiri keçirilib.

Nəticədə, bazar ərazisindən 30.700 ədəd müxtəlif formalı pirotexniki vasitə - fitilli petarda və 1870 ədəd müxtəlif ölçülü fişənglər aşkar edilərək dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/224195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR