Xızıda 187 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 187 ədəd partlamamış hərbi sursat aşkarlanıb
23:42 13 Dekabr 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, Məşədi Həsən kəndi ərazisində yaşıllaşdırma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
ANAMA-dan "Report"a verilən məlumata görə, 187 ədəd partlamamış hərbi sursat (PHS), 242 ədəd partlamış-yanmış mərmi qalıqları və 726 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 111 266 kv.m (11.13 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 93 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib, 21 622 ədəd partlamamış hərbi sursat (PHS), 12 401 ədəd partlamış-yanmış sursat qalıqları və 76 962 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 363 478 kv.m (7 336 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/xizida-187-eded-partlamamis-herbi-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR