İrlandiyalı futbolçu matç zamanı huşunu itirərək ölüb

İrlandiyalı futbolçu matç zamanı huşunu itirərək ölüb
01:37 14 Dekabr 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ İrlandiyanın gənclərdən ibarət "Şelburn" komandasının futbolçusu İzzi Dezu 16 yaşında dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsində bildirilir.
Qeyd edilir ki, Dezu gənclərdən ibarət komandanın oyunu zamanı huşunu itirib. O, xəstəxanaya aparılsa da, orada ölüb.
"98fm.com" saytının məlumatına görə, futbolçuya lazımi tibbi yardım göstərilib, amma həkimlərin bütün səyləri nəticəsiz olub.
Dezu öz yaş qrupunda İrlandiyanın ən perspektivli futbolçularından biri hesab edilirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-rlandiyali-futbolcu-matc-zamani-husunu-itirerek-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR