Ukraynanın paytaxtı Kiyevin mərkəzində atışma baş verib, yaralılar var

Ukraynanın paytaxtı Kiyevin mərkəzində atışma baş verib, yaralılar var
04:17 14 Dekabr 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində iki qrup arasında yaranan mübahisə atışmaya çevrilib.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, münaqişə Vasilkovski küçəsində yerləşən, pizza hazırlanan məntəqənin yaxınlığında baş verib.
Mübahisə iştirakçıları silahlardan və qaz balonlarından istifadə edib.
Nəticədə altı nəfər xəsarət alıb. Onlardan biri kəllə travması alıb, diqər şəxs isə əlindən yaralanıb. 
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan dördü gözyaşardıcı qazdan xəsarət alıb.
Hadisənin təfərruatları müəyyənləşdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ukraynanin-paytaxti-kiyevin-merkezinde-atisma-bas-verib-yaralilar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR