Kiyevdə atışma - 6 yaralı

Kiyevdə atışma - 6 yaralı
04:29 14 Dekabr 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Ötən axşam Ukraynanın paytaxtı Kiyevdə baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, insident şəhərin Vasilkovski küçəsində  qeydə alınıb.

 

Məlumata əsasən bir qrup şəxs arasında baş verən dava atışma ilə bitib. Travmatik silahdan açılan atəş nəticəsində iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan daha 4-ü gözyaşardıcı qazdan zəhərlənib.

 

Hadisənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR