Kiyevin mərkəzində atışma olub, yaralılar var

Kiyevin mərkəzində atışma olub, yaralılar var
04:42 14 Dekabr 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində iki qrup arasında yaranan mübahisə atışma ilə nəticələnib.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, münaqişə Vasilkovski küçəsində yerləşən, pizza hazırlanan məntəqənin yaxınlığında baş verib.
Mübahisə iştirakçıları silahlardan və qaz balonlarından istifadə edib.
Nəticədə altı nəfər xəsarət alıb. Onlardan biri kəllə travması alıb, digəri isə əlindən yaralanıb. 
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan dördü gözyaşardıcı qazdan xəsarət alıb.
Hadisənin təfərruatları müəyyənləşdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kiyevin-merkezinde-atisma-olub-yaralilar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR