"Unibank" yeni səhmdarlar axtarır

"Unibank" yeni səhmdarlar axtarır
09:22 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ "Unibank" ASC səhmlərini kütləvi tədavülə buraxmağa hazırlaşır.
“Report”un əldə etdiyi məlumata görə, investorlara hər birinin nominal dəyəri 2,72 manat olan 3 676 471 ədəd (10 000 001,12 manatlıq) yeni adi, adlı, sənədsiz səhm təklif olunacaq.
Qiymətli kağızlara abunə yazılışı dekabrın 22-nə qədər davam edəcək və bundan sonra onlar kütləvi təklf üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. Bununla belə, Bank mövcud səhmdarlarının bu prosesdə üstünlük hüququnu tanıyıb.
Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Səhmlərin hamısı satılsa, "Unibank"ın nizamnamə kapitalı 8,36% artaraq 119 686 326,72 manatdan 129 686 327,84 manata yüksələcək.
Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 44 002 326 ədəd səhmi var. Səhmlərin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın DEG investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-yeni-sehmdarlar-axtarir-g-g-g-g-g

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR