Məşhur müğənnilər “O Səs Türkiyə” münsiflərini BİABIR ETDİ: “Özlərinin müəllimə ehtiyacı var”

Məşhur müğənnilər “O Səs Türkiyə” münsiflərini BİABIR ETDİ: “Özlərinin müəllimə ehtiyacı var”
09:48 14 Dekabr 2017
212 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənnilər Muazzez Ersoy və Aşkın Nur Yengi “O Səs Türkiyə” mahnı yarışmasından narazıçılıqlarını dilə gətirib.

Publika.az xəbər verir ki, sənətçilər bu formatda müsabiqələri bəyənmədiklərini ifadə edib. Muazzes Ersoy isə bu vaxta qədər heç bir səs yarışmasında münsif üvzü olmadığını dilə gətirib:

“Hesab edirəm ki, belə bir formatda müsabiqənin münsiflər heyətinə ustad sənətçilər daxil edilməlidir. Yəni həqiqi mənada musiqiçi olmalıdır. Təsadüfən əlinə mikrofonu alıb əzbərlədiyi üç-beş mahnı söyləyən, amma musiqinin dərinliyi ilə bağlı heç bir məlumata malik olmayan insanların münsif olması mənə gülməli gəlir. Gülməlidir... münsif üzvləri musiqinin veteranları olmalıdır. Tamaşaçılar da onların sanki bazaları olduğunu güman edir. Onların özlərinin müəllimə ehtiyacları varkən səs yarışlarında jürilik etmələri həqiqi mənada komediyadır! Şəxsən mən gülürəm. Təkrar edirəm ki, orada konservatoriyalardakı müəllimlər və veteran musiqiçilər olmalıdır. Oxuduğu mahnının tonunu bilməyənlər bu gün münsiflər üzvülü edir! Belə bir cəfəngiyyat yoxdur! Məsələn, Bülent xanım çox yaxşı müsif ola bilər. O cümlədən, Muazzez Abacı. Mən baxmıram. Kanalları çevirərkən təsadüfən görsəm, gülüb keçirəm”.

Aşıkn Nur Yengi isə keyfiyyətli mahnıların olmamasından gileylənib:

"Türk musiqisi deyilən bir şey qalmadı, bu, məni çox üzür. Mahnıların saxta baxılma sayı mənə məntiqli gəlmir, Türkiyəyə görə çox şişirdilib".

Sənətçi onu da əlavə edib ki, musiqi yarışlarında münsif üzvlüyü üçün təklif alıb, lakin şou formatında olduğu üçün qəbul etməyib.

Məlumat üçün bildirək ki, bu gün Türkiyədə ən çox izlənən və marağa səbəb olan yarışma "O Səs Türkiyə"dir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/224231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR