Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”
09:54 14 Dekabr 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

 

 
Nizami rayonu 229 saylı məktəbin şagirdlər UNEC-in bir günlük tələbələri olub.
 
 
Lent.az-ın məlumatına görə, şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara ixtisaslar, təqaüd və mübadilə proqramları, beynəlxalq əlaqələr barədə ətraflı məlumat verilib. Bir günlük tələbələr bank proqramları və elektron resurslarla təchiz edilən “İnnovativ bankçılıq” laboratoriyasında olublar. Onlara bildirilib ki, laboratoriyada bank əməliyyat proqramının demo versiyası üzərindən bank əməliyyatları həyata keçirilir.
 
 
Bir günlük tələbələr Radio UNEC-lə də tanış olublar. “Tələbələrə” Yaradıcılıq Mərkəzi barədə ətraflı məlumat verilib. Sonra bir günlük tələbələr Maliyyə və mühasibat fakültəsinin qonağı olublar. Dekan müavini onların fakültə ilə bağlı suallarını cavablandırıb.
 
 
UNEC-lə tanışlıqdan sonra bir günlük tələbələr Maliyyə təhlili fənnini dinləyiblər. UNEC-dən müsbət təəssüratlarla ayrılan məktəblilər “UNEC-də bir gün” layihəsinin onlara verdiyi imkanı yüksək qiymətləndiriblər: “2-ci ixtisas qrupu üzrə hazırlaşır, gələcəkdə özümüzü UNEC tələbəsi kimi görmək istəyirik. UNEC-də bir günlük tələbəlik seçimimizdən bir daha əmin olmağımıza kömək etdi!”
 
 
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR