Kerri ilə Zərif Cenevrədə görüşəcəklər

Kerri ilə Zərif Cenevrədə görüşəcəklər
23:39 9 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 14-də Cenevrədə ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin məlumatında belə deyilir.

 

“İkitərəfli görüş İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr ərəfəsində baş tutacaq”, məlumatda qeyd edilir.

 

Bundan əvvəl İSNA agentliyi İranın xarici işlər nazirinin müavini Abbas Araqçıya istinadən Məhəmməd Cavad Zərif və Con Kerrinin yaxın günlərdə Cenevrədə görüşəcəkləri barədə xəbər verib.

 

Xatırladaq ki, İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında nüvə danışıqlarının növbəti raundu yanvarın 18-də keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR