Saakaşvili son qərarını açıqladı: "Qətiyyən zarafat etmirəm" - VİDEO

Saakaşvili son qərarını açıqladı: "Qətiyyən zarafat etmirəm" - VİDEO
11:18 14 Dekabr 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanın "Kanal 24” televiziyasının efirində çıxışı zamanı Odessa şəhərinin meri olmaq istədiyini bildirib.

Publika.az-ın məlumatına görə, Saakaşvili deyib ki, fikrində ciddidir və qətiyyən zarafat etmir:

“Mən yenidən Odessanın meri olmaq istəyirəm. Zarafat etmirəm, həqiqətən. Mən Odessanı yenidən ayağa qaldırmaq istəyirəm. Lakin Odessanı yenidən ayağa qaldırmaq üçün mütləq oyunun şərtlərini dəyişmək lazımdır. Başqa cür buna nail olmaq mümkün deyil”.

O qeyd edib ki, Odessaya geri dönüb baş nazir postuna keçəcəksə, öz komandası ilə Ukraynadakı mövcud vəziyyəti də dəyişməyə müvəffəq olacaq. Ukraynanı 70 günə əvvəlkindən də yaxşı vəziyyətə gətirmək olar, lakin dövlət aparatındakı vəziyyəti düzəltmək lazımdır.

Saakaşvili deyib ki, ona Ukraynada uzun illər vəzifədə qalmaq lazım deyil:

“Prezident ola bilmərəm. Ölkənin bu vəziyyətdə olması prezident ambisiyalarının yoxluğundan irəli gəlir. Mən Ukrayna siyasətində uzunmüddətli qalmağı düşünmürəm. Ədaləti bərpa etdikdən sonra ən yaxşı ehtimalda ölkədə Ukrayna vətəndaşı olaraq qalmaq istəyərəm”.

Xatırladaq ki, Saakaşvili 2015-ci ilin may ayından 2016-cı ilin noyabr ayına qədər Odessa vilayətinə rəhbərlik edib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR