Kriptovalyuta bazarının inkişafı FED-in uçot dərəcəsini artırmasına kömək edəcək

Kriptovalyuta bazarının inkişafı FED-in uçot dərəcəsini artırmasına kömək edəcək
12:02 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini yüksəltmək trendinə daxil olub və buna nail olmaq üçün neft qiymətlərinin yüksək, dolların məzənnəsini isə ucuz saxlamaqla inflyasiyanı sürətləndirməyə çalışacaq. "Report"un analitik qrupu bildirir ki, FED neftin qiymətini 55-65 dollar/barel, əsas valyuta cütılüyü sayılan USD/EUR-u isə 1,15-1,20 səviyyəsində saxlaya bilsə, ABŞ-da 2018-ci ilin sonu və ya 2019-cu ilin ilk rübündə inflyasiyanın 2-2,5% səviyyəsinə yaxınlaşacağı proqnozlaşdırılır.
İnflyasiyanın sürətlənməsinə kriptovalyuta bazarının inkişafı da müsbət təsirini göstərəcək. Qlobal kriptovalyuta ticarətindən qısa müddət ərzində əldə olunan yüksək gəlir dünyadakı qiymət səviyyəsi ilə bərabər ABŞ-da inflyasiya göstəricisini artıracaq.
"Report"un analitik qrupu FED-in 2018-ci ildə uçot dərəcəsini hər addımı 0,25 faiz bəndi olmaqla 4 dəfə artıracağını, 2019-cu ildə isə inflyasiyanın sürətlənməsi fonunda addımlarını 2 qat artıraraq 0,5 faiz bəndinə yüksəldəcəyini ehtimal edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kriptovalyuta-bazarinin-inkisafi-fed-in-ucot-derecesini-artirmasina-komek-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR