Bu gün 12 mərkəzi bankın iclası keçiriləcək

Bu gün 12 mərkəzi bankın iclası keçiriləcək
12:27 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ FED-in dünənki iclasından sonra bu gün dünyanın 12 aparıcı mərkəzi bankı monetar siyasətlə bağlı növbəti iclasını keçirməyə hazırlaşır. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, dekabrın 14-də İndoneziya, İsveçrə, Filippin, Avropa, Norveç, Türkiyə, Ukrayna, İngiltərə, Meksika, Çili, Kolumbiya və Perunun mərkəzi banklarının iclası gözlənilir.
Bu ölkələr arasında analitiklər Türkiyə və Meksikanın uçot dərəcəsini artıracağını, qalanların isə faizləri sabit saxlayacağını ehtimal edirlər.
Qlobal valyuta bazarına ən çox Avropa və İngiltərə mərkəzi banklarının qərarları təsir göstərəcək. Onların faizləri sabit saxlaması dolların məzənnəsini bir qədər möhkəmləndirə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bu-gun-12-merkezi-bankin-iclasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR