"Fövqəladə və bədbəxt hadisələr zamanı 423 uşağa yardım göstərilib" - Kəmaləddin Heydərov

"Fövqəladə və bədbəxt hadisələr zamanı 423 uşağa yardım göstərilib" - Kəmaləddin Heydərov
13:29 14 Dekabr 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

"Bu il yanğın nəzarəti məqsədi ilə sosial, sənaye, nəqliyyat, kənd təsərrüfatı obyektlərində və xidmət sahələrində 38 mindən çox yanğın-texniki müayinə aparılıb".
 
 
 
APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-da keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
 
 
 
K. Heydərov bildirib ki, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün obyekt sahiblərinə 210 mindən artıq tələbi özündə əks etdirən göstəriş və xəbərdarlıq verilib: "60 mindən artıq fəhlə və qulluqçu yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb".
 
 
 
Fövqəladə hallar naziri qeyd edib ki, xilasedicilər yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, texnogen mənşəli bina və qurğuların dağılması və uçması, mənzildə qaz sızması, təhlükəli bioloji hadisələrin qarşısının alınması, mənzildə və liftdə köməksiz vəziyyətdə qalma daxil olmaqla, 1138 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər: "Fövqəladə hadisələrin və bədbəxt hadisələrin aradan qaldırılması zamanı 423-ü uşaq olmaqla, 1442 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib. Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 43 dəfə nəqliyyat və digər qəzalarla bağlı çıxışlar olub, 79 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq xilas edilib".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR