Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları keçirilir

Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları keçirilir
13:33 14 Dekabr 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kuboku 1/4 final mərhələsi çərçivəsində keçirilən matçların cavab oyunlarına start verilib.

Publika.az xəbər verir ki, "Kəpəz" ilk görüşdə səfərdə 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edir.

Günün digər matçında isə "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar"ın Avrokubok şansını kubok vasitəsilə gerçəkləşdirmək üçün qalibiyyətə ehtiyacı var.

Birinci matç Gəncə şəhər stadionunda, saat 13:00-da başlanıb. Digər matç isə “Bakcell Arena"da, saat 19:00-da başlayacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR