Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib
14:09 14 Dekabr 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb.
 
 
Lent.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib.
 
 
Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir: "Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR