Sagirdin sacini yoldugu iddia edilen muellim ANS-e danisdi: Basina bit var idi (VIDEO)

Sagirdin sacini yoldugu iddia edilen muellim ANS-e danisdi: Basina bit var idi (VIDEO)
23:46 9 Yanvar 2015
582 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtin Yasamal rayonu, 53 sayli orta mekteb bu gun hec de xosagelmeyen faktla gundeme gelib.

ANS TV-nin melumatina gore, sosial sebekelerde yayilan melumata esasen sozugeden tehsil ocaginin muellimi birinci sinif sagirdi Deniz Memmedliye zor tetbiq edib. Daha deqiq, ders zamani ibtidai sinif muellimi Zulfiyye Haciyeva birinci sinif sagirdinin sacini yolub.

Fakti deqiqlesdirmek ucun uz tutduq orta mektebe. Gorduk ki, artiq mesele aidiyyati qurumlar terefinden arasdirilir. Meseleni deqiqlesdirmek ucun bize serait yaradildi. Adicekilen muellim Zulfiyye Haciyeva bas verenlerin yalan oldugunu bildirdi. Muellimin sozlerine gore, Deniz hemin gun dersinden pis qiymet alibmis. Buna gore kuskun veziyyetde eve gedib. Bacisi ise onun bu halini gorub ona aciyib. Sacinin tokulmus hissesini cekib sosial sebekelerde paylasib.

"Usagin basinda bit tapilmisdi. Bunla bagli men de onun valideynini mektebe cagirdim ve dedim ki, bes bele bir hall var. Biz bunu gizli saxalayiriq, ona gore ki, usaqlar utanmasinlar. Dedim ki, usagi derse getirmeyin, temizlensin ondan sonra geler. O da bununla bagli hekime muraciet edib. Hekimin teyin etdiyi dermanlari edenden sonra bu usagin sacinda tokulmeler bas verib. Bu da dunen numayis olunan eybecer veziyyet, yeni hec bir usaga arzulamazdim. Sacin tokulmesi valideynin hedinden artiq dermanlarin surtmesi neticesinde emele gelib”, - deye muellime bildirdi.

Muellimi dinleyib birinci sinif sagirdi Denize yaxinlasmaq isteyirik. Usagin valideyni evvelce onunla hemsohbet olmagimiza icaze vermir.

Bir muddetden sonra valideyn fikrinden dasinir. Azyaslinin sacinda xestelik olub-olmamasini xeber alanda ise valideyn bunlari inkar etdi.

Deyilenlerin ne derecede dogru oldugunu oyrenmek ucun birinci sinif sagirdi Denizin bacisi Sems Memmedliye suallarimizi unvanladiq. O, ise bas verenlerin Denizin ona yalan danismasindan qaynaqlandigini esas getirdi. Sen deme azyasli bacisi ile zarafat eleyib. Semsin dediyine gore, o, bacisinin tokulmus sacini gorub ve ondan sorusub ki, bunu kim edib. Azyasli ise muelliminin etdiyini cavabinda bildirib. Bundan hiddetlenen boyuk baci meseleni sosial sebekelerde muzakireye cixarib.

Artiq faktla bagli tehsil ocagina Yasamal Rayon Polis Idaresinin, Baki Seher Tehsil Idaresi ve Tehsil Nazirliyinin emekdaslari celb edilib. Mektebin direktoru bas veren hadisede valideynleri mesuliyyetli bilir. Onun sozlerine gore, Zulfiyye muellimin fealiyyet gosterdiyi 10 il erzinde ondan hec kim narazi qalmayib.

Mekteb direktoru Firengiz Hesenovanin sozlerine gore, Deniz Memmedlide bir ay once deri xesteliyi askar olunub: “Ona gore de onun bir ay derse davamiyyeti olmayib. Bu ise jurnalda oz eksini tapib. Bele ki, qayiblarla isare olunub. Musteqil bir olkede muellimin leyaqetini, serefini hec bir valideynin ixtiyari yoxdur ki, sehven sexsiyyetini tapdalasin”.

Artiq faktla bagli adicekilen tehsil ocaginda arasdirma islerine baslanilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR