Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi yenidən azalmağa başlayıb

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi yenidən azalmağa başlayıb
15:27 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2017-ci il noyabrın 1-nə 7 674,4 mln. manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-fevral aylarındakı azalmadan sonra mart ayından başlayaraq oktyabr ayınadək davam edən artım bu ayda azalma ilə əvəzlənib. Belə ki, dövriyyədə olan nağ pul küləsinin həcmi oktyabrda əvvəlki ayla müqayisədə 33,4 mln. manat və ya 0,4% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul kütləsinin həcmində 1 383,5 mln. manat və ya 22,0% artım qeydə alınıb.
2016-ci ilin sonunda dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq 3 aylıq artımdan sonra 2017-ci ilin əvvəlində ilk 2 ayda azalıb. Belə ki, ötən ilin oktyabr ayında artım 96,9 mln. manat və ya 1,56%, noyabrda 41,3 mln. manat və ya 0,66%, dekabrda isə 628,6 mln. manat və ya 9,9% olub. Yanvarda nağd pulun həcmi 419,8 mln. manat və ya 6,03% azalıb. Fevralda isə azalma 6,7 mln. manat və ya 0,1% təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə nağd pulun həcmi 1 035,2 mln. manat və ya 18,82% artıb.
Qeyd edək ki, dövriyyədə olan nağd pulun Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. Martın 1-nə açıqlanan göstərici tarixi maksimumdan 3 470 mln. manat və ya 31,1% aşağıdır.
AMB-nin məlumatına görə, noyabrın 1-nə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 78,1% təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-dovriyyede-olan-nagd-pul-kutlesi-yeniden-azalmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR