Azərbaycan əhalisi bu il banklara 781 mln. manat faiz ödəyib

Azərbaycan əhalisi bu il banklara 781 mln. manat faiz ödəyib
15:47 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 43 389,9 mln. manata çatıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4 459,1 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 84,8%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (781 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9%-i isə yığıma yönəldilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-ehalisi-bu-il-banklara-781-mln-manat-faiz-odeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR