“Keşlə” yarımfinalda

“Keşlə” yarımfinalda
16:18 14 Dekabr 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ¼ final çərçivəsində keçirilən ilk matçda "Kəpəz" "Keşlə"ni qəbul edib.

İlk oyunda 0:2 hesabı ilə məyus olan Gəncə təmsilçisi cavab matçında da məğlub olub. Matç 3:2 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.

Bu nəticə “Keşlə”nin yarımfinala yüksəlməsinə kifayət edib.

Növbəti oyun isə “Neftçi” ilə “Zirə” arasında baş tutacaq. İlk oyun “Zirə”nin minimal hesablı (1-0) qələbəsilə yadda qalıb. Matç saat 19:00-da “Bakcell Arena”da keçiriləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR