Suxumi Dövlət Universitetinin rektoru: "Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır"

Suxumi Dövlət Universitetinin rektoru: "Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır"
17:02 14 Dekabr 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 14 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili problemi yox, regionun, eləcə də bütün dünyanın problemidir".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidze bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Gürcüstan eyni problemi yaşayırlar: "Hər iki dövlət ərazilərinin 20 faizini itirib. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bəzi siyasətçilər bunun daxili problem olduğunu iddia edib məsələdən yayınmaq istəyirlər. Lakin Dağlıq Qarabağ münaqişəsi daxili problem deyil. Bu bizim regionu və dünyanı narahat edən qlobal problemdir. Dünya ictimaiyyəti Azərbaycanın və Gürcüstanın problemlərinə biganə qalmamalıdır. Hər iki münaqişə sülh yolu ilə həll olunmalı, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/suxumi-dovlet-universitetinin-rektoru-azerbaycan-ve-gurcustanin-erazi-butovluyu-temin-olunmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR