BTC ilə tranzit neftinin nəqli 44% artıb

BTC ilə tranzit neftinin nəqli 44% artıb
17:07 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 39 127,1 min ton neft nəql edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat dövründə magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,8% az olub.
Cari ilin yanvar-noyabr ayları ərzində BTC kəməri vasitəsilə 30 862,1 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 0,24% azdır. Hesabat dövrü ərzində BTC ilə 5 877,2 min ton tranzit nefti də nəql edilib və bu, ötən ilin 11 ayından 43,9% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/btc-ile-tranzit-neftinin-neqli-44-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR