İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib
17:12 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) bugünkü iclasında uçot dərəcəsini gözlənildiyi kimi 0,5% səviyyəsindıə sabit saxlayıb.
"Report" xəbər verir ki, BoE monetar stimullaşdırma proqramının həcmini isə dəyişməyərək 435 mlrd. funt sterlinq (587 mlrd. dollar) həcmində saxlayıb.
Qərardan sonra funt sterlinqin qlobal valyuta bazarlarında dollara qarşı məzənnəsi 1,34 USD/GBP səviyyəsinbdə sabit qalıb. 
Xatırladaq ki, BoE noyabrın 2-də keçirilən iclasda uçot dərəcəsini 10 illik fasilədən sonra ilk dəfə 0,25%-dən 0,5%-ə artırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-ngiltere-merkezi-banki-ucot-derecesini-deyismeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR