Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini artırıb
17:17 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Ukrayna Mərkəzi Bankı (NBU) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 13,5%-dən 14,5%-ə yüksəldib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkədə inflyasiyanın sürətlənməsi amili olub.
NBU-dan verilən açıqlamada bildirilir ki, "ortamüddətrli perspektivdə inflyasiya hədəf səviyyəyə endirilənə qədər sərt pul siyasəti davam etdiriləcək". Qərardan sonra Ukraynada dolların 0,85% ucuzlaşaraq məzənnə 27,03 qrivnaya düşüb.
Qeyd edək ki, oktyabr ayının 26-da NBU uçot dərəcəsini 12,5%-dən 13,5%-ə yüksəldib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ukrayna-merkezi-banki-ucot-derecesini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR