Azərbaycanlı idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar ikigünlük praktiki təlim keçirilib

Azərbaycanlı idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar ikigünlük praktiki təlim keçirilib
17:47 14 Dekabr 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar “Sürətin nəbzini tut - 2” adlı ikigünlük praktiki təlim keçirilib. "Report"un məlumatına görə, təlim Formula 1 yarışlarını "Sky Sports" və "BeIN Sports" kanallarında işıqlandırmış britaniyalı jurnalist, peşəkar avtoidman şərhçisi Kristofer Medland və beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) İdman Jurnalistikası Proqramının rəhbəri Den Meyson tərəfindən tədris olunub.
K.Medland Formula 1-in qaydaları, xəbər və müsahibələrin hazırlanmasından bəhs edib. D.Meyson isə sosial şəbəkələrdən daha səmərəli istifadə edilməsi, videoxəbərlərin və müsahibələrin hazırlanması üçün müxtəlif proqramlardan istifadə yollarını izah edib.
Təlimin keçirilməsində əsas məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etmək olub. Təlim zamanı iştirakçılar Formula 1 aləmi və onun ətrafında baş verənlər haqqında müxtəlif istiqamətlər üzrə xəbər hazırlamağa dair praktiki biliklər alıblar.
Qazanılmış yeni biliklər Multimedia Layihəsi çərçivəsində fərdi şəkildə sınaqdan keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanli-idman-jurnalistleri-ucun-formula-1-ile-elaqedar-ikigunluk-praktiki-telim-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR