Gökçe həmkarı ilə YAXINLAŞDI, SEVGİLİSİNDƏN AYRILDI – İDDİA

Gökçe həmkarı ilə YAXINLAŞDI, SEVGİLİSİNDƏN AYRILDI – İDDİA
17:48 14 Dekabr 2017
210 Şou
Ölkə mətbuatı
A- A+

“Ufak Tefek Cinayetler” serialının baş rol ifaçısı Gökçe Bahadır bir ildir münasibətdə olduğu sevgilisi Efe Duru ilə ayrılıb. Onun ayrılmağına səbəb olaraq serialdakı həmkarı Mert Fıratla yaxınlaşması göstərilib.

Publika.az xəbər verir ki, haqqında çıxan bu xəbərlərə meneceri vasitəsilə cavab verən Gökçe sərt şəkildə bu informasiyanı yayanları qınayıb: “Elə bir şey yoxdur. Bu xəbərlərin hamısı əsassızdır. Anlaşa bilmədik və ayrılmağımız barədə qərar verdik”.

Aktrisanın sevgilisi Efe Duru da çıxan xəbərlərə səssiz qalmayıb. O isə instaqram vasitəsilə çıxan dedi-qodulara cavab verib: “Çox yanlış xəbərlərdir. Serialda öpüşmə, sevişmə səhnələri belə yoxdur. Seriala baxmayanlar rəy bildirirlər. Biz çox gözəl bir il keçirdik və alınmadı. Ona görə də ayrıldıq”.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/224294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR